Kim Petras

Kim Petras
alm. Kim Petras
Petras 2021-ci ildə
Petras 2021-ci ildə
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Köln, Almaniya
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti
  • müğənni
  • bəstəkar
Fəaliyyət illəri 2008–h.h.
Janr
Albom şirkəti
  • Bionic Ballroom
  • BunHead
  • Amigo
  • Republic
Üzvlüyü K/DA
kimpetras.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kim Petras (27 avqust 1992, Bonn, Şimali Reyn-Vestfaliya) — Los-Ancelesdə fəaliyyətə başlayan Alman müğənni, bəstəkar. 2021-ci ildə Amigo və Republic Records ilə müqavilə bağlamazdan əvvəl o, 2016–2020-ci illər arasında sahibi olduğu BunHead Records vasitəsilə müstəqil olaraq mahnılar[1] buraxmışdır.

Petras musiqi yazmağa yeniyetməlik yaşlarından başladı, 2011-ci ildə "One Piece of Tape" adlı debüt mini albomunu buraxdı. Müstəqil olaraq 2017-ci ildə "I Don't Want It at All" adlı beynəlxalq debüt sinqlini buraxdı, həmin mahnı Spotify-da bir neçə viral musiqi hit-paradlarında birinci yerə çıxdı.[2] Mahnı Billboard-da hit olan "Feeling of Falling" (Cheat Codes ilə), "Heart to Break" və "1, 2, 3 Dayz Up" (Sophie ilə birlikdə) kimi sinqllarla davam etdi.

Erkən uğurunun ardınca "Petras Era 1" kimi tanınan qeyri-rəsmi rəqəmsal sinqllar kolleksiyasını buraxdı. Petras 28 iyun 2019-cu ildə "Clarity" adlı debüt albomunu buraxdı.[3] Rekorddan əvvəl doqquz həftəlik tanıtım kampaniyası keçirildi, bu müddət ərzində o, vizual lirik video ilə həftədə bir sinql buraxdı. "Clarity" musiqi tənqidçilərindən bəyənmə qazandı, Heatseekers Chart-da yeddinci, Müstəqil Albomlar cədvəlində isə 26-cı yerə çıxdı. Bunun ardınca Petras, 2019-cu ilin oktyabr ayında ikinci studiya albomu olan "Turn Off the Light"-ı buraxdı. 2020-ci ildə Petras "Malibu" və Kygo ilə ikinci əməkdaşlığı olan "Broken Glass" mahnısı ilə uğur qazandı.

2021-ci ildə Petras Republic Records ilə müqavilə bağladı və 2022-ci ildə 7 trekdən ibarət mini albomu "Slut Pop"-u dərc etdi. O, hazırda üçüncü studiya albomu üzərində işləyir.

  1. Aswad, Jem. "Pop Singer-Songwriter Kim Petras Signs With Republic Records (EXCLUSIVE)". Variety. 26 August 2021. 22 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 August 2021.
  2. "Kim Petras' new single is a bratty banger". 16 January 2018. 22 October 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 March 2018.
  3. Ahlgrim, Callie. "Kim Petras breaks down the 3-year creation of her new single 'Malibu' and teases her colorful debut album: 'I don't feel heartbroken anymore'". Insider. 24 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 August 2021.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search